Logo
    main-post-cover

    LG şirkəti LG G7 One və G7 Fit smartfon modellərini təqdim etdi

    Elm & Texnologiya
    28.08.2018
    Emil
        IFA 2018 sərgisinin başlaması ərəfəsində LG şirkətinin özünün təmiz Android əməliyyat sistemi vasitəsilə çalışan ilk smartfonu LG G7 One modelini təqdim etdi. Bununla yanaşı həmçinin yeni smartfonun daha sadələşdirilmiş versiyası olan LG G7 Fit də təqdim olundu. Parlaq və çərçivəsiz ekranla yanaşı LG G7 One modeli həmçinin MIL-STD-810G hərbi standartı üzrə yüksək dərəcədə qoruyucu özəlliklərə sahibdir. Beləliklə LG G7 One modeli 19.5:5 nisbətli 6.1 inç IPS ekranla təchiz olunub. Ekran üzərində həmçinin çıxıntı hissə də yerləşir. Əsas texniki göstəricilərə gəldikdə isə smartfon 8 nüvəli Snapdragon 835 prosessoru, Adreno 540 GPU qrafik sürətləndirici, 4 GB RAM, 32 GB daxili yaddaş (2 TB-a kimi microSD dəstəyi), f/1.6 diafraqmalı 16 MP-lik arxa kamera, f/1.9 diafraqmalı 8 MP-lik ön kamera və 3000 mAh enerji tutumlu batareya ilə təchiz olunub.

        Smartfonun korpusu IP68 standartı üzrə sudan və tozdan qorunma özəlliyinə sahibdir. MIL-STD-810G hərbi standartı üzrə isə smartfon yüksək məsafədən düşüşə dözümlüdür və ekstremal vəziyyətlərdə istifadəyə yararlıdır. LG G7 One Andorid 8.1 Oreo əməliyyat sistemi vasitəsilə çalışır və LG şirkəti tərəfindən hazırlanmış heç bir interfeysi özündə birləşdirmir. Yəni smartfon təmiz Android əməliyyat sistemi əsasında çalışır. Həmçinin smartfonun sağ kənarında Google Assistant səsli köməkçisini sürətli şəkildə işə salmaq üçün əlavə düymə, arxa paneldə isə barmaq izi skanı texnologiyası var.

        LG G7 Fit modelinə gəldikdə isə onu One-dan ayıran əsas göstəricilər texniki özəlliklər ilə bağlıdır. Belə ki, LG G7 Fit modeli Snapdragon 821 prosessoru, Adreno 530 GPU qrafik sürətləndirici, 4 GB RAM, 32 GB daxili yaddaş (2 TB-a kimi microSD dəstəyi), f/2.2 diafraqmalı 16 MP-lik arxa kamera, f/1.9 diafraqmalı 8 MP-lik ön kamera və 3000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. One modelindən fərqli olaraq LG G7 Fit LG UX qrafik interfeysli Android 8.1 Oreo əməliyyat sistemi vasitəsilə çalışır. Təqdim olunmuş yeni smartfon modellərinin satış tarixləri və qiymətləri barəsində heç bir məlumat verilməyib. Həmin məlumatların IFA 2018 sərgisi çərçivəsində veriləcəyi güman olunur. 
    Paylaş
    Bənzər xəbərlər