main-post-cover

    LG şirkəti orta büdcəli W10 Alpha smartfonunu təqdim edib - QİYMƏTİ

    Elm & Texnologiya
    20.02.2020
    Farid Pardashunas
        Bu ilki MWC 2020 sərgisinin ləğv edilməsinə bamayaraq LG şirkəti online yayım formatında yeni smartfon modeli olan LG W10 Alpha-nı təqdim etdi. Sözügedən smartfon modeli büdcəli smartfonlar seriyasına daxildir və öz qiymətinə görə yaxşı texniki özəllikləri özündə birləşdirir. Bu barədə Gizchina saytı xəbər verib.
        Qeyd etmək lazımdır ki, şirkət öz W seriyasının ilk modelini keçən il təqdim etmişdi. Sözügedən smartfon seriyasının əsas rəqibləri isə Redmi, Xiaomi Samsung-un 100$ qiymətində satılan smartfonlarıdır. Beləliklə LG W10 Alpha smartfonu HD+ keyfiyyətli 5.71 düym ekrana sahibdir. Ekran üzərində isə ön kamera üçün nəzərdə tutulmuş damcı formalı çıxıntı hissə yerləşdirilib.
        Əsas texniki göstəricilərə gəldikdə, smartfon 8 nüvəli Speadtrum SC9863 prosessoru, 3 GB RAM, 32 GB daxili yaddaş həcmi, 8 MP-lik arxa kamera, 8 MP-lik ön kamera və 3450 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfonda barmaq izi skanı texnologiyası yoxdur. Bunun yerinə şirkət üz tanıma sistemindən istifadəni təklif edir. LG W10 Alpha smartfonu Android 9 əməliyyat sistemi vasitəsilə çalışır. Smartfon artıq 139$ qiymətində satışa çıxıb
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər