main-post-cover

    LG şirkəti Q51 adlı orta büdcəli smartfonu təqdim etdi (VİDEO) - QİYMƏTİ

    Elm & Texnologiya
    25.02.2020
    Farid Pardashunas
        LG şirkəti Q51 adlı smartfon modelini təqdim etməklə özünün büdcəli smartfon seriyasını genişləndirdi. Təqdim edilmiş LG Q51 smartfon modelinin əsas özəllikləri arasında böyük ölçülü ekran, ön kamera üçün damcı formalı çıxıntı hissə və yaxşı səviyyədə qorunan gövdə var. Bu barədə Gizmochina saytı xəbər verib. Beləliklə LG Q51 smartfonu HD+ keyfiyyətli 6.5 düym IPS ekrana sahibdir.
        Ekran yuxarısının mərkəzində isə ön kamera üçün nəzərdə tutulmuş damcı formalı çıxıntı hissə yerləşdirilib. Bununla yanaşı smartfonun gövdəsi MIL-STD-810G hərbi standartı üzrə qorunur. Bu isə o deməkdir ki, LG Q51 modeli sərt səthin üzərinə düşməyi, vibrasiyaları, ani temperatur dəyişikliklərini, yüksək nəmişliyi və gün şüalarını rahatlıqla yola verə bilər.
        Əsas texniki göstəricilərə gəldikdə isə sözügedən smartfon 2.0 GHz tezlikli MediaTek Helio P22 prosessoru, 3 GB RAM, 32 GB daxili yaddaş həcmi, 13 MP + 5 MP + 2 MP üçlü arxa kamera, 13 MP-lik ön kamera və 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon həmçinin arxa paneldən barmaq izi skanı texnologiyasını da özündə birləşdirir. Bütün bunlardan əlavə olaraq LG Q51 smartfonu kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC modula da sahibdir. Smartfon sabah 260$ qiymətində satışa çıxacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər