main-post-cover

    LG şirkəti yeni büdcəli LG W10, W30 və W30 Pro smartfonlarını təqdim etdi

    Elm & Texnologiya
    26.06.2019
    Farid Pardashunas
        LG şirkəti Hindistanda özünün yeni büdcəli smartfon seriyası LG W-ni təqdim etdi. Yeni smartfon seriyasına LG W10, W30W30 Pro modelləri daxil oldular. Bu barədə Gagadget saytı xəbər verib. Gəlin ilk öncə LG W10 modelindən danışaq.

        Beləliklə bu smartfon plastik materialdan hazırlanmış gövdəyə sahibdir və HD+ keyfiyyətli 6.19 düym FullVision ekranla təchiz olunub. Ekranın yuxarı hissəsində isə damcı formalı çıxıntı hissə və LED işıqlandırma sistemi yerləşdirilib. Əsas texniki göstəricilərə gəldikdə isə smartfon 8 nüvəli MediaTek Helio P22 prosessoru, 3 GB RAM, 32 GB daxili yaddaş həcmi, 13 MP + 5 MP ikili arxa kamera, 8 MP-lik ön kamera və 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunub.

        LG W30 modeli isə adi W10-dan fərqli olaraq 6.22 düym ekran, 12 MP + 13 MP + 2 MP üçlü arxa kamera və 16 MP-lik ön kamera ilə təchiz olunub. Digər texniki göstəricilər baxımından hər iki smartfon modeli eynidir.

        LG W30 Pro modelinə gəldikdə isə bu smartfon 6.21 düym ekran, bir qədər daha güclü prosessor olan Snapdraogn 632, 4 GB RAM, 64 GB daxili yaddaş həcmi, 13 MP + 8 MP + 5 MP üçlü arxa kamera, 16 MP-lik ön kamera və 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Hər 3 smartfon modeli Android Pie əməliyyat sistemi vasitəsilə çalışır. LG W10 ilə W30 3 iyul tarixində satışa çıxacaq. LG W10 modeli 130$-a, W30 modeli isə 144$-a satılacaq. W30 Pro modelinin nə zaman satışa çıxacağı və hansı qiymətə satılacağı barəsində məlumatı şirkət daha sonra verəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər