main-post-cover

    LG şirkəti yeni büdcəli smartfonun təqdimatını reklam etməyə başlayıb

    Elm & Texnologiya
    07.06.2019
    Emil Nəcəfov
        Bir neçə müddət bundan öncə biz xəbər vermişdik ki, LG şirkəti özünün büdcəli smartfon seriyası siyasətinə yenidən nəzər salaraq tamamilə yeni seriya üzərində çalışır. Bugün isə internetdə LG şirkətinin yeni büdcəli smartfon modeli barəsində ilk məlumatlar ortaya çıxdı. Bu barədə Gizchina saytına istinadən Gagadget saytı xəbər verib.

        Beləliklə şirkət internetdə artıq yeni smartfonun yaxın zamanda təqdim olunacağını tizer edir. Yeni smartfon şirkətin tamamilə yeni seriyası olacaq LG W-ə daxil olacaq. Lakin smartfonun tam dəqiq adı hələki bilinmir. Smartfon üç arxa kameraya sahib olacaq və onun ekranı üzərində damcı formalı çıxıntı hissə yerləşəcək. Bununla yanaşı smartfon arxa paneldən barmaq izi skanı texnologiyası ilə təchiz olunacaq. Smartfonun 150$ qiymətində satılacağı güman edilir.

    Linki kopyala