main-post-cover

    LG şirkətinin 5G dəstəkli ilk smartfonu barəsində yeni məlumatlar ortaya çıxıb

    Elm & Texnologiya
    30.01.2019
    Farid Pardashunas
        İnternetdə LG şirkətinin 5G şəbəkə dəstəkli ilk smartfon modeli barəsində məlumatlar çıxmağa davam edir. Koreyanın ETNews adlı saytının verdiyi məlumata əsasən şirkətin 5G dəstəkli ilk smartfon modeli LG V50 ThinQ 5G adlanacaq. Smartfon 6 düym ekran ilə təchiz olunmalıdır (çox güman ki, üzərində V şəkilli çıxıntı hissə ilə).
        Əsas texniki göstəricilər baxımından LG V50 ThinQ 5G smartfonu Snapdragon 855 prosessoru, Snapdragon X50 5G modemi, 4000 mAh enerji tutumlu batareya və xüsusi soyuducu sistemi ilə təchiz oluna bilər. Gözləntilərə əsasən LG V50 ThinQ 5G smartfonu artıq gələn ayın sonunda keçiriləcək MWC 2019 sərgisində təqdim edilməlidir. Məlumata əsasən smartfon mart ayında ABŞ-da və Koreyada satışa çıxacaq və onun qiyməti 1160-1350$ təşkil edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər