main-post-cover

    LG şirkətinin ilk əyilə bilən smartfon modelinin mümkün adları ortaya çıxdı

    Elm & Texnologiya
    23.11.2018
    Emil Nəcəfov
        LG də digər smartfon istehsalçıları kimi özünün əyilə bilən smartfon modeli üərində çalışır. İndi isə şirkətin ilk əyilə bilən smartfon modelinin mümkün adları ortaya çıxıb. Belə ki, şirkət EUIPO agentliyində (Avropa Birliyinin intellektual mülkiyyət üzrə agentliyi) yeni smartfonun bir neçə adını qeydiyyatdan keçirdib: Flex, FoldiDuplex. Hər üç ad variantı smartfona aiddir. Lets Go Digital saytının verdiyi məlumata əsasən söhbət məhz əyilə bilən smartfon modelindən gedir. Məlumata əsasən şirkətin ilk əyilə bilən smartfon modeli P-OLED matrisalı ekranla təchiz olunmalıdır. Bəzi məlumatlara əsasən smartfon Yanvar ayında keçiriləcək CES 2019 sərgisində təqdim olunmalıdır.

    Linki kopyala