Logo
    main-post-cover

    LG Stylo 3 rəsmi olaraq təqdim olundu

    "LG”nin stiluslu fablet seriyası çoxdan öz vaxtını gözləyirdi.

    Galaxy Note 7-nin satılmadığı bir vaxtda LG Stylo 3 bəlkə də stilus dəstəkli ən layiqli cihazdır. Texniki göstəricilərinə görə LG Stylo 3, 5.7 inç HD ekran, 8 nüvəli MediaTek MT6750 prosessoru, 3 GB RAM, 16 GB daxili yaddaş, 3200 mAh enerji tutumlu batareya, 13 MP-lik arxa və 8 MP-lik ön kamera ilə təchiz olunub. Yeni model microSD və barmaq izi skanı özəlliklərinə sahibdir. Göründüyü kimi LG Stylo 3 flaqman cihaz deyil. Onu büdcəli smartfonlar siyahısına əlavə etmək olar. LG Stylo 3-ün satışlar üzrə bir sıra üstünlükləri var. Belə ki, Stylo seriyası heç vaxt baha qiyməti ilə seçilməyib. Həmdə insanlar bahalı Galaxy Note 7-ni əvəz edəcək digər cihaz yerinə stiluslu ucuz variant olan LG Stylo 3-ü almaq istəyəcəklər. Qeyd etmək lazımdır ki, smartfon, Android Nougat əməliyyat sistemi vasitəsilə çalışacaq. Təəssüf ki, onun qiyməti və satışa çıxma tarixi barədə hələki heç bir məlumat yoxdur.

    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...