Logo
    main-post-cover

    LG UltraGear 27GR83Q adlı yeni gaming monitoru təqdim edilib - QİYMƏTİ

        LG şirkəti daha bir yeni gaming monitorunu təqdim edib. Təqdim edilmiş yeni monitor LG UltraGear 27GR83Q adını əldə edib. Bu yeni monitor orta səviyyəli texniki göstəriciləri və nisbətən yüksək olmayan satış qiymətini əldə edib. Beləliklə LG UltraGear 27GR83Q monitoru 240 Hz-lik təsvir yenilənməsinə sahib Quad HD keyfiyyətli 27 düym IPS ekran ilə təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 400 nit təşkil edir. Bununla yanaşı monitor DCI-P3 rəng diapazonunun 95%-ni əhatə edir. LG UltraGear 27GR83Q özündə 2 ədəd USB 3.0, 1 ədəd USB Type-B, 1 ədəd DisplayPort 1.4, 2 ədəd HDMI 2.1 girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi birləşdirir. LG UltraGear 27GR83Q artıq satışa çıxıb və 600$-a satılır.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    LG UltraGear 27GR83Q adlı yeni gaming monitoru təqdim edilib - QİYMƏTİ | Technote