LG uzana bilən yeni ekranını sərgiləyib

LG uzana bilən yeni ekranını sərgiləyib

Texnologiya
08.11.2022 PAYLAŞIM

    LG Display uzana bilən yeni ekranın prototipini təqdim edib. Bu texnologiyanın əsas məqsədi geyimlərə, mebellərə və ya daşınıla bilən elektron cihazlara inteqrasiyası mümkün elastik ekranların yaradılmasıdır. Şirkət bu texnologiyanın işlək prototipini sərgiləyib və onunla bağlı gələcək planlarından danışıb. Beləliklə məlumatda qeyd edilib ki, işlək prototipin ölçüsü 12 düym təşkil edir. Lakin onun ölçüsünü 14 düymə kimi uzatmaq olar. Sözügedən ekran sözün əsl mənasında uzanma özəlliyinə sahibdir. Bunun üçün sadəcə olaraq ekranı iki əl ilə dartmaq lazımdır. LG qeyd edib ki, ekran piksellərinin sıxlıq göstəricisi 100 ppi təşkil edir.


    LG daha öncə də müxtəlif növ elastiki ekran növlərini təqdim edib. Lakin buna bənzəri indiyənə kimi olmayıb. Bu cür uzana bilən ekran LG üçün yeni texnologiyadır. Fotodan da görmək olar ki, uzanan yeni elastiki ekran xüsusi lent üzərində yerləşdirilib. Həmin lentin tərkibini kontakt linzaların istehsalında istifadə edilən xüsusi material təşkil edir. Məhz həmin materialın hesabına ekranın bu cür elastikliyini əldə etmək mümkün olub. LG-nin verdiyi məlumata əsasən uzana bilən ekranları fövqəladə hallar üzrə xidmətlərin geyimlərində və müxtəlif növ daşınıla bilən elektron cihazlarda istifadə etmək olar. Qeyd etmək lazımdır ki, LG şirkəti elastiki ekranlar üzərində 2020-ci ildən çalışır.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Huawei yeni smart televizorunu təqdim edib - QİYMƏTİ

Huawei şirkəti Smart Screen seriyasına daxil olan yeni böyük ölçülü televizorunu təqdim edib...


Apple Watch Ultra-nın ekran şüşəsi dözümlülük testlərindən keçib (VİDEO)..

Müxtəlif cihazların dözümlüklərini test edərək məşhurlaşan JerryRigEverythng adlı Youtube kanal bu d..


Xiaomi il ərzində 10 milyon ədəd elektromobil istehsal etməyi planlaşdırır..

Xiaomi-nin CEO-su Lei Jun şirkətin avtomobil biznesinə böyük ümidlər bağlayır.


Samsung smartfonlar üçün yeni kamera sensoru brendi üzərində çalışır

İnsayderlərin vermiş olduqları yeni məlumata əsasən Samsung şirkəti smartfonlar üçün nəzərdə tutulmu..


Xiaomi isitmə sisteminə sahib şərfi satışa çıxardıb - QİYMƏTİ

Xiaomi şirkəti Youpin adlı crowdfunding platformasında soyuq qış günlərində aktual olacaq yeni məhsu..


MediaTek Dimensity 8200 adlı yeni prosessorun təqdimat tarixi məlum olub

MediaTek şirkəti öz yeni prosessorunun təqdimat tarixini elan edib. Söhbət, MediaTek Dimensity 8200 ..

×