Logo
    main-post-cover

    LG V20 smartfonunun ilk render fotoları sızdırılıb

    Məşhur "OnLeaks” mənbəsi LG V20 smartfonunun ilk render fotolarını təqdim edib. Qeyd edək ki, cihaz rəsmi olaraq təqdim olunmayıb.

    Təqdim olunmuş render fotolarda görmək olar ki, smartfon metal korpusa sahibdir. Keçən ilki LG V10-dan fərqli olaraq isə yeni cihaz ikili arxa deyil, ikili ön kameraya sahib olacaq. Həmçinin arxa paneldə barmaq izi skanı funksiyasını görmək mümkündür. Technote.az-ın "Androidauthority.com” saytına istinadən verdiyi xəbərə əsasən LG V20 2560x1440 piksel keyfiyyətli 5.7 inç Quad HD ekran, Qualcomm Snapdragon 820 prosessoru, 4 GB-lıq RAM ilə təchiz olunacaq. Kameralara gəldikdə isə cihaz 21 MP-lik arxa və 8 MP-lik ön kameraya sahib olacaq. Smartfonun Android 7.0 Nougat əməliyyat sistemi üzərində çalışacağı güman olunur. LG V20 smartfonunun 6 sentyabr tarixində San Francisco şəhərində keçiriləcək tədbir çərçivəsində təqdim olunacağı gözlənilir.

     
    Paylaş
    Bənzər xəbərlər