main-post-cover

    LG V30 dizaynı sızdırıldı!

    Elm & Texnologiya
    12.07.2017
    Orxan Jafarli
    “LG”nin bu il təqdim edəcəyi  ikinci flaqmanı olan V30-un dizaynı dəqiqləşdi. “OnLeaks”, LG V30-un fabrik şəkilləri ilə əlaqəli olaraq hazırlanmış dizaynı paylaşdı.

    “LG”nin qarşımızdakı ay təqdim edəcəyi yeni smartfon telefonu LG V30 ilə əlaqədar xəbərlər gəlməyə davam edir. Daha əvvəl V30-un çıxacağı tarix və xüsusiyyətləri ilə əlaqədar hesabatlar sızdırılmışdı. Lakin dizaynı ilə əlaqədar çox məlumat yox idi. Smartfon  telefonlar mövzusunda etdiyi məqsədə uyğun paylaşımları ilə tanınan OnLeaks, LG V30-un fabrik şəkillərinə söykənən dizaynını göstərən bir video təqdim etdi.

    OnLeaks-in paylaşdığı videoda LG V30-un klassik V ardıcıllığından fərqli olduğu görülür. Cihazın ön tərəfinə baxdıqda  LG G6-ya bənzəyən 18: 9 en boy nisbətinə sahib FullVision ekranı olduğunu görürük. Vizuallar görə V ardıcıllığında olan ikinci ekran V30-da təəssüf ki, yoxdur.
    Keçdiyimiz həftələrdə V30-da ikinci ekran olmayacağına dair bir hesabat ortaya çıxmışdı. OnLeaks-in paylaşdığı dizayn, bu hesabatı təsdiqləyir. 6 inç-lik bir ekrana sahib olan V30-un ölçüləri təxminən 151,4 x 75,2 x 7,4 mm.
    Cihazın arxasında üfüqi istiqamətli iki kamera yer alır. Bu kameraların telefoto lens xüsusiyyəti olmayan, eyni standartda kameralar olması gözlənilir. Barmaq izi skanı da kameranın altında yer alır. Naqilsiz şarj xüsusiyyəti ilə gəlməsi gözlənilən LG V30, iddialara görə IFA 2017-dən bir gün əvvəl 31 Avqustda təqdim edilə bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər