
LG V30 ilə 50.000$-lıq RED Weapon kamerasının müqayisəsi (VİDEO)
Elm & Texnologiya
03.10.2017
Rejissor, videoblogger və videoçəkiliş üzrə Full Time Filmmaker adlı online məktəbin yaradıcısı Parker Walbeck, qiyməti 50.000$ olan RED Weapon professional kamerasının fonunda yeni flaqman model olan LG V30-un kamerasını test edib.
Qeyd etmək lazımdır ki, RED
Weapon, Hollywood filmlərinin çəkilişində istifadə olunur. “LG” şirkətinin məlumatına
əsasən V30 modelindəki kamera, bazarda olan ən yaxşı kameralardan biridir. Əsasən
də söhbət, videoçəkiliş özəlliyinə gələndə smartfonun kamerasını ayrıca tərifləmək
lazımdır. Smartfonda olan görüntü, səs ayarları və film effektləri sayəsində o,
bazarda olan digər rəqiblərindən ön plana çıxır.
Hər iki kameranı müqayisə etmək
üçün Parker, “The Secret Life
of Walter Mitty” filmindən olan ən gözəl səhnələrdən birini canlandırıb.
Həmin səhnədə filmin baş qəhrəmanı, skateboard vasitəsilə İslandiyanın dağlıq
yerlərində hərəkət edirdi. Təbii ki, filmin özündə həmin səhnəni çəkmək üçün
baha qiymətli stabilizator, dron və kameralardan istifadə olunub. Lakin LG V30
modeli ilə canlandırılmış həmin səhnənin montajından sonra onun da ən az filmdəki
kimi möhtəşəm göründüyünü görmək olar.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...