main-post-cover

    LG Velvet smartfonunun real fotoları ortaya çıxdı

    Elm & Texnologiya
    05.05.2020
    Emil Nəcəfov
        Artıq 7 may tarixində LG şirkəti LG Velvet adlı yeni smartfon modelini təqdim edəcək. Lakin indidən internetdə sözügedən smartfonun real fotoları ortaya çıxıb. Bu barədə Gagadget saytı xəbər verib. Əslində LG şirkəti tərəfindən edilmiş məlumat sızıntısına əsasən biz, yeni smartfonun necə görünəcəyini və hansı texniki özəliklərə sahib olacağını artıq bilirk. Ortaya çıxmış real fotolar isə daha öncədən olmuş məlumat sızıntılarını təsdiqləyiblər.
        Belə ki, smartfonun ekranı üzərində ön kamera üçün nəzərdə tutulmuş damcı formalı çıxıntı hissə yerləşəcək. Ekranın kənar hissələri isə əyilmiş formada reallaşdırılacaqlar. Bununla yanaşı LG Velvet-in arxa panelində yağış damcıları dizaynına sahib üçlü arxa kamera yerləşəcək. Ümumilikdə yeni smartfonun dizaynı diqqət çəkir. LG Velvet dizayn baxımından həqiqətən də öz rəqiblərindən fərqlənir. Lakin onu innovasiyalı adlandırmaq olmaz.
        LG üçün bu, yenilik olsa da mobil bazar üçün ümumilikdə heç də təəccüblü deyil. Təqdim olunmuş real fotolardan birində smartfonun sahib olacağı texniki özəlliklər əks olunublar. Beləliklə LG Velvet Full HD+ keyfiyyətli 6.8 üym OLED ekran, Snapdragon 765G prosessoru, 5G modemi, 8 GB RAM, 128 GB daxili yaddaş həcmi, 48 MP + 8 MP + 5 MP üçlü arxa kamera, 16 MP-lik ön kamera və 4300 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. 
    Linki kopyala