
LG yeni gaming monitorunu təqdim edib - QİYMƏTİ
Elm & Texnologiya
28.08.2023
Emil
LG şirkəti özünün yeni gaming monitorunu təqdim edib. Təqdim edilmiş monitor LG UltraGear 27GR83Q-B adını əldə edib. Monitor 240 Hz-lik təsvir yenilənməsinə sahib Quad HD keyfiyyətli 27 düym IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 400 nit təşkil edir və o, DCI-P3 rəng diapazonunun 95%-ni əhatə edir. LG-nin yeni gaming monitoru özündə AMD FreeSync Premium və NVIDIA G-SYNC texnologiyalarının dəstəyini birləşdirir. LG UltraGear 27GR83Q-B DisplayPort, HMDI, USB girişlərinə və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişə sahibidir. Monitor 500$ qiymətində satışa çıxıb.
Paylaş
Bənzər xəbərlər