
"LG", yeni planşeti LG G Pad III 10.1-i anons etdi
Elm & Texnologiya
07.05.2017
Farid
"LG” şirkəti yeni model planşetini anons edib.
Anons olunmuş LG G Pad III 10.1 adlı yeni planşet, 10.1 inç
ekran ilə təchiz olunacaq. Lakin təəssüflər olsun ki, planşetin texniki göstəriciləri
haqqında məlumat verilməyib. Çox güman ki, bizi 3/4 GB RAM və 7400 mAh enerji
tutumlu batareya gözləyir. Qeyd etmək lazımdır ki, cihaz ilk öncə Cənubi
Koreyada satışa çıxacaq. Planşetin dizaynı çox dəblidir və onun keçmiş modeli LG G Pad III 8.0-a nəzərən qiyməti baha olmamalıdır. Qərb bazarında planşeti
çox gözləmək lazım gəlməyəcək.
Paylaş
Bənzər xəbərlər