main-post-cover

    Light şirkətindən 9 kameralı smartfon gəlir

    Elm & Texnologiya
    02.07.2018
    Emil Nəcəfov
        Light şirkəti 9 kameralı smartfonun anonsunu elan edib. Bu barədə Washington Post saytı xəbər verib. Sözügedən smartfonun adı hələki bəlli olmasa da, onun dəqiq olaraq bu ilin sonuna kimi satışa çıxacağı güman olunur. Beləliklə smartfon ümumilikdə 64 MP-lik 9 kamera ilə təchiz olunacaq. Smartfonun digər texniki göstəriciləri barəsində heç bir məlumat yoxdur. Washington Post-dan olan mütəxəssislərin fikrincə bu sayda kameralar vasitəsilə çəkiləcək yüksək keyfiyyətli fotoların emal olunması üçün yüksək performanslı texniki göstəricilər lazımdır. Məsələn minimum olaraq Snapdragon 845 prosessoru, 4 GB RAM, 64 GB daxili yaddaş, USB Type-C girişi və s. Smartfonun bu ilin sonunda çıxışını nəzərə alsaq, onun anonsu böyük ehtimalla Sentyabr ayının əvvəlində baş tutacaq IFA 2018 tədbirində gözləmək olar. Smartfonun qiyməti barəsində heç bir məlumat olmasa da artıq indidən bilinir ki, onun qiyməti heç də ucuz olmayacaq.

    Linki kopyala