Logo
    main-post-cover

    Lightning naqilinin istehsalçılarından çoxu fəaliyyətlərini dayandırıblar

    Elm & Texnologiya
    22.11.2022
    Emil
        Apple təchizatçılarının verdikləri son məlumatlara əsasən gələn ilki iPhone 15 smartfonları həqiqətən də USB Type-C girişi ilə təchiz olunacaqlar. Bu səbəbdən də Lightning girişinə sahib sertifikatlaşdırılmış MFi naqillərini istehsal edənlərin çoxu artıq fəaliyyətlərini dayandırıblar. MyDrivers saytının vermiş olduğu məlumata əsasən məlumatların ötürülməsi və şarj prosesi nəzərdə tutulmuş Lightning girişli MFi naqillərin istehsalçılarının 80%-i nəticədə fəaliyyətlərini dayandırıb.
        Yerdə qalan istehsalçılar isə öz bizneslərini USB Type-C naqillərin istehsalına keçirdiblər. Sözügedən sahədə çalışan təmsilçilərin sözlərinə əsasən əgər iPhone 15 smartfonlarının hamısı USB Type-C girişinə keçid etsələr də sevinmək üçün hələ çox tezdir. Belə ki, qapalı iOS sistemi vasitəsilə Apple öz istifadəçiləri üzərindən həmişə əlavə vəsait qazanmaq üsullarına sahib olacaq. Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Apple şirkətinin gələn il təqdim edəcəyi bütün iPhone 15 modelləri USB Type-C girişi ilə təchiz olunacaqlar.
    Paylaş
    Bənzər xəbərlər