
Linux 5.5 yayımlandı: Bir çox yenilik gətirir
Elm & Texnologiya
30.01.2020
Linux nüvəsinin tərtibatçısı olan Linus Torvalds günlər əvvəl Linux 5.5-in yayımlanacağını demişdi. Bu gün isə yeni versiya yayımlandı. Yeni versiya ilə birliktə Raspberry Pi 4 dəstəyi, AMD Navi videokartları üçün dəstək, NVME SSD-lər üçün dəstək, overlock dəstəyi və İntel-in yeni prosessorları üçün dəstək əlavə edilib.
Linux 5.6 üçün hazırlıqlar indidən başladı.
Linux kernelinin 5.5 versiyasının yayımlanmasından sonra gözlər 5.6-a fokuslandı. Linux 5.6 ilə USB 4 dəstəyinin gəlməsi, şəbəkə ayarlarının optimizasiya edilməsi və daha bir çox yeniliyin olması planlanır. 5.6-nin aprel ayında yayımlanması gözlənilir, lakin Ubuntu 20.04-un çıxış tarixinə yaxın olduğu üçün sistemin Linux Kernel 5.5 versiyası ilə gəlməsi təxmin edilir. Linux 5.5-nin kod adı isə Kleptomaniac Octopus-dur.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...