Litium-ion batareyaların daha böyük enerji həcminə sahib rəqibi yaradılıb

Litium-ion batareyaların daha böyük enerji həcminə sahib rəqibi yaradılıb

Texnologiya
25.05.2023 PAYLAŞIM

    Litium, batareyalarda istifadəsi ən optimal olan material deyil. Təbiətdə ona alternativ digər materiallar var. Buna misal olaraq kalsiumu gətirmək olar. Daha öncə alimlər kalsium tərkibli batareya daxilində effektiv şəkildə çalışa biləcək uyğun elektroliti tapa bilmirdilər. Lakin mütəxəssislər enerji həcmi baxımından litium-ion batareyaları geridə qoya bilən kalsium-metal batareyaları yarada biliblər. Kalsium litiumdan daha ucuz başa gəlir və özündə daha çox həcmdə enerji saxlaya bilir. Bununla yanaşı kalsium diffuziya prosesini və elektrolitlər ilə katod materiallarında ionların köçürülməsini sürətləndirə bilir.

    Mütəxəssislər bu üstünlüklərdən istifadə edərək mis sulfid karbon kompoziti nanohissəciklərindən hazırlanmış katoda sahib kalsium əsaslı batareya yaradıblar. Nəzəri cəhətdən bu cür batareyanın hər qramına düşən enerji həcmi 560 mAh təşkil edir. Bu isə adi litium-ion batareyaların göstəricilərindən 100-200% yüksəkdir. Məsələn əgər Galaxy S23 smartfonu mis sulfid tərkibli kalsium-metal batareya ilə təchiz olunsaydı, nəzəri cəhətdən smartfonu enerji ilə 11700 mAh-lıq batareya təmin edə bilərdi. Mütəxəssislər tərəfindən test məqsədli hazırlanmış kalsium-metal batareya hətta 500 dövr şarj prosesindən sonra da stabil şəkildə çalışmağa davam edib və öz həcminin 92%-ni qoruyub saxlayıb. Bu cür batareyanın kommersiya məqsədli məhsullarda nə zaman istifadə ediləcəyi bilinmir.




DAHA ÇOX


Apple Vision Pro qarışıq reallıq cihazının yeni keyfiyyətli fotoları ortaya çıxı..

Apple şirkəti dünən gecə Vision Pro adlı ilk qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazını təqd..


Honor fərdi prosessorlarını istehsal edəcək

Vaxtı ikən ABŞ hökumətinin sərt sanksiyaları ilə qarşılaşaraq fərdi Kirin prosessorlarının istehsalı..


Apple yenilənmiş Mac Studio-nu təqdim edib - QİYMƏTİ

Yenilənmiş Mac Pro ilə yanaşı Apple yeni Mac Studio-nu da təqdim edib.


Apple M2 Ultra-ya sahib yenilənmiş Mac Pro-nu təqdim edib - QİYMƏTİ

WWDC 2023 konfransı çərçivəsində təqdim edilmiş yeni məhsullardan biri də yenilənmiş Mac Pro kompüte..


Apple ən güclü prosessoru M2 Ultra-nı təqdim edib

Apple WWDC 2023 konfransı çərçivəsində öz yeni və ən güclü prosessoru olan M2 Ultra-nı təqdim edib...


Apple Vision Pro qarışıq reallıq (AR + VR) cihazı təqdim edilib - QİYMƏTİ (VİDEO..

Bir neçə il ərzində olmuş müxtəlif məlumat sızıntılarından sonra Apple şirkəti WWDC 2023 konfransı ç..

×