
Lucid Gravity adlı elektrikli premium krossoverin dizaynı sərgilənib
Elm & Texnologiya
18.11.2022
Emil
Elektromobillərin istehsalı ilə məşğul olan Lucid şirkətinin Gravity adlı ilk krossoverinin dizaynı indiyənə kimi sadəcə bəzi tizer videolarında ortaya çıxırdı. Lakin indi şirkət sözügedən elektromobilin dizaynını sərgiləmək qərarına gəlib. Bununla yanaşı şirkət bildirib ki, o, gələn ilin əvvəlində Lucid Gravity üçün ön sifarişlərin qəbuluna hazır olacaq. Elektrpmobilin 2024-cü ildə satışa çıxması planlaşdırılır. Lucid Gravity ilə bağlı buna bənzər bəyanatları həmçinin NVIDIA şirkəti də verib. Belə ki, Lucid Gravity-nin bəzi komponentləri məhz NVIDIA tərəfindən təmin olunacaq.

Elektromobilin sürücüyə yardım üzrə sahib olacağı DreamDrive Pro adlı sistemi NVIDIA Drive platforması əsasında çalışacaq. Lucid şirkəti Gravity-ni ilk elektrikli premium krosssover adlandırır. Onun texniki özəllikləri isə idman avtomobillərinin texniki özəllikləri ilə müqayisə edilir. Bununla belə gözləntilərə əsasən Lucid Gravity-nin qətt edə biləcəyi yol göstəricisi Lucid Air sedanları istisna olmaqla bazardakı digər bütün elektromobillərin qətt etdikləri yol göstəricilərindən daha yüksək olmalıdır. Sözügedən elektromobilin texniki göstəriciləri barəsində məlumatlar hələ yoxdur Lakin şirkət həmin məlumatları ön sifarişlərin qəbul edilməsinə az müddət qalmış təqdim edəcəyini açıqlayıb.


Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
