
MIUI 12-nin qlobal versiyasının təqdimat tarixi elan edildi
Elm & Texnologiya
14.05.2020
MIUI 12 istifadəçi interfeysinin beta versiyası hal hazırda Çində aktiv olaraq test edilir. Bir neçə gün bundan öncə Xiaomi şirkəti MIUI 12-nin qlobal versiyasının təqdimatını tapmaca şəklində təqdim etmişdi. İndi isə MIUI-nin Twitter hesabında istifadəçi interfeysinin 12-ci versiyasının dəqiq təqdimat tarixi elan edilib. Bu barədə Gizchina saytı xəbər verib. Beləliklə verilmiş məlumata əsasən MIUI 12-nin qlobal versiyasının təqdimatı 19 may tarixində baş tutacaq. Təqdimat Youtube servisində canlı yayım formatında keçiriləcək. MIUI 12-nin stabil versiyasının Çində gələn ay istifadəyə veriləcəyi gözlənilir. Digər ölkələrin istifadəçiləri isə bir qədər gözləməli olacaqlar.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...