Logo
    main-post-cover

    MacBook Air modelinin istehsalı dayandırılacaq?

    Verilən məlumata əsasən 2017-ci ildə satışa çıxacaq MacBook Air sonuncu model olacaq. Apple yüngül və nazik noutbooklar seriyasından imtina edərək öz diqqətini MacBook, MacBook Pro və iPad planşetlərində cəmləndirəcək. Qeyd edək ki, Apple 12 inç ekrana sahib MacBook-u 2015-ci ildə satışa çıxartmışdı. Keyfiyyətli ekrana və yüksək texniki göstəricilərə sahib cihaz ilk öncə MacBook Air-ə daha sonra isə digər istehsalçıların ultrabooklarına rəqib olmuşdu. Mütəxəssislərin fikrincə Apple Air seriyasından imtina edərək sadəcə MacBook və ya onun yenilənmiş veriyasını istehsal edəcək. Beləliklə şirkət çoxluqdan qurtularaq özü-özü ilə rəqabətdən azad olacaq. Bundan əlavə olaraq şirkət iPad planşetlərinin versiyaları üzərində çalışmağa davam edəcək. Çox güman ki, ən böyük diqqət iPad Pro seriyasına yönələcək. 
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    MacBook Air modelinin istehsalı dayandırılacaq? | Technote