main-post-cover

    MacBook Pro modellərinin təyyarə vasitəsilə daşınmasına qadağa qoyuldu

    Elm & Texnologiya
    14.08.2019
    Farid Pardashunas
        MacBook Pro sahiblərini heç də xoş olmayan yeni sürpriz gözləyir. Belə ki, Apple şirkətinin MacBook Pro modellərinin böyük partiyasının yanmaya meyilli problemə sahib olduğunu etiraf edəndən sonra bir sıra aviaşirkətlər həmin noutbuk modellərinə qarşı boykot elan etdilər. Nəticədə bir sıra aviaşirkət problemli noutbuk modellərinin təyyarəyə keçirilməsini qadağan etdi.
        Bu barədə Slashgear saytına istindən 4pda saytı xəbər verib. ABŞ-ın mülki aviasiya üzrə idarəetmə agentliyi aviaşirkətlərə Apple şirkətinin qeyd etdiyi MacBook Pro modellərinin istənilən anda alışıb yana biləcəyi xəbərdarlığını göndərib. Məlumata əsasən yanma təhlükəsinə sahib olan MacBook Pro modelləri 2015-ci ilin ortasında satışa çıxmış modellərdir. Slashgear saytının məlumatına əsasən MacBook Pro-nun alışıb yanması üzrə artıq 26 hadisə qeydə alınıb.
        Beləliklə ABŞ-ın nizamlayıcı orqanları problemli MacBook Pro modellərinin təyyarəyə daşınmasına qadağa qoyublar. İstisna olaraq Apple şirkətinin rəsmi texniki servislərində batareyaları dəyişilmiş MacBook Pro modelləri çıxış edirlər. Lakin problemi olmayan MacBook Pro modellərinin təyyarə daxilində daşınmasına icazənin hansı faktorlar əsasında veriləcəyi tam məlum deyil.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər