Logo
    main-post-cover

    MacBook-u yaratdı lakin şirkət qiymət vermədi

    Keçmiş mühəndisin fikrincə o yaş ilə bağlı ayrı-seçkilik ilə üzləşib. Belə ki, "Apple” şirkətinin mağazalarında adətən gənc kadrlar çalışırlar.

    MacBook-un yaradıcılarından olan Con Şeynberq-i (John Scheinberg) Apple Store-a işə qəbul etməyiblər. Con Şeynberq ilk MacBook noutbuklarının hazırlanmasında iştirak etmişdir. Məhz Con şirkətin Intel prosessorlarına keçməsinə Stiv Cobs-u razı salmışdır. Ondan öncə şirkət PowerPC çiplərindən istifadə edirdi. Şeynberq gizli Maklar layihəsinin baş mütəxəssisi idi. Bu layihənin əsas məqsədi isə MacBook üçün olacaq Intel prosessorlarının müsbət və mənfi tərəflərini ortaya çıxartmaq idi. Nəticədə "Apple” PowerPC çiplərindən imtina etdi.
    Şeynberq 2008-ci ildə 54 yaşında təqaüdə çıxdı. Lakin bir neçə müddətdən sonra o Apple Store-a məsləhətçi vəzifəsinə işə düzəlmək istədi. Beləliklə o, şirkətin Genius Bar şöbəsinə işçi kimi düzəlmək üçün qrup müsahibəsinə getdi. Qeyd edək ki, Genius Bar Apple Store-un xüsusi şöbəsi olub alıcılara "Apple” məhsulları barəsində pulsuz məsləhət vernək ilə məşquldur. "Technote.az"ın "Hi-tech.mail.ru"a istinadən verdiyi xəbərə əsasən müsahibədən sonra Şeynberq ilə əlaqə yaradılacağı barəsində söz verilib. Lakin buna baxmayaraq Şeynberq heç bir zəng və məktub əldə etməyib. Şeynberq-in fikrincə bunun səbəbi onun yaşı ilə əlaqədardır. Belə ki, Apple Store-a adətən gənc kadrları işə götürürlər.
    Paylaş
    Bənzər xəbərlər