
MacBook-un daxilində qəribə əşyaya rast gəlindi (VİDEO)
Elm & Texnologiya
07.05.2017
Farid
Greatease ləqəbli internet istifadəçisi, 2012-ci il modeli olan MacBook-nun hissələrə ayrılmış vəziyyətdə fotolarını paylaşıb.
Belə ki, istifadəçini heyrətləndirən cəhət, onun MacBook-nun
daxilində qəpik aşkar etməsidir. Greatease hələ bilmir ki, nəyə görə
MacBook-u yığanlar onun cihazının optik diskoxuyucu hissəsinə qəpik qoyublar. Bəlkədə onlar bunu diskoxuyucunun balanslaşması və ya onun təsbit
edilməsi üçün ediblər. Qeyd etmək lazımdır ki, Greateaser bu tapıntını
aşkar edən yeganə şəxs deyil. Digər istifadəçilər də bu cür tapıntı ilə
qarşılaşdıqlarını xəbər veriblər. Göründüyü kimi qəpiklər fərqlidir. "Apple” hələki hadisə ilə bağlı
heç bir fikir bildirməyib.
Paylaş
Bənzər xəbərlər