
Mark öz hissələrini niyə satır? Maraqlı siyasətdir!
Elm & Texnologiya
07.05.2017
Farid
Sosial şəbəkələr arasında hər zaman öz
liderliyini saxlayan Facebook, hal-hazırda hissələrinin bir qismini satışa
çıxarıb. "Facebook" qurucusu və CEO-su Mark Zükerberq (Mark Zuckerberg), "Facebook"a aid hissələrin bir qismini satacağını açıqlayıb. Satışa çıxardığı hissələrin dəyərinin təxmini 100 milyon dollar olması gözlənilir.
"Facebook" hissəsinin satışından əldə edilən
gəlir xeyriyyə fonduna bağışlanacaq. Əslində Mark kimi birinin hissə satmağa
ehtiyacı yoxdu. Xatırladaq ki, Mark bir neçə ay əvvəl sərvətinin 45 milyard
dolları ilə bir xeyriyyə fondu qurmuşdu.
Bu dəfə satışa çıxaracağı hissələrdən gələn gəliri də öz hesabına keçirmək
yerinə, xeyriyyə fonduna bağışlayacaq. Bu məbləğ çox yüksək olsa belə Zükenberq
ailəsi sahib olduqları və olacaqları sərvətin 99%-ni qurmuş olduqları bu fonda
bağışlamaq niyyətindədirlər.
Paylaş
Bənzər xəbərlər