
Apple şirkəıtinin təqdim etmiş olduğu Vision Pro adlı qarışıq reallıq cihazı Meta-nın CEO-su Mark Zuckerberg-dən yan keçməyib. Artıq uzun müddət ərzində virtual reallıq texnologiyalarına istiqamətlənmiş və dünyanın ən məşhur sosial şəbəkəsi olan Facebook-u yaratmış Zuckerberg Apple Vision Pro-dan məyus olduğunu bildirib. Verilmiş məlumata əsasən Meta şirkətinin əməkdaşları ilə görüş zamanı Zuckerberg bildirib ki, Apple heç bir texnoloji sıçrayış sərgiləməyib.
Onun sözlərinə əsasən Apple şirkətinin insanların Vision Pro-dan necə istifadə edəcəkləri barəsində ideyaları onun düzgün hesab etdiyi inkişaf yolu ilə uyğunlaşmır. Zuckerberg-in sözlərinə əsasən Vision Pro-dan 7 dəfə ucuz olaraq 500$-a satılacaq Meta Quest 3 cihazı daha çox alıcıya əlçatan olacaq. “Düşünürəm ki, onların təqdimatları iki şirkətin dəyərləri ilə baxışlarının necə fərqləndiklərini aydın şəkildə sərgiləyir” - deyə Zuckerberg qeyd edib.
Poco brendi Poco X3 Pro-nu təqdim edib - QİYMƏTİ
Mark-ın sözlərinə əsasən Meta-nın VR cihazları insanlara qarşılıqlı əlaqədə və bir-birilərinə yaxın olmaq imkanını verdikləri bir vaxtda Apple şirkətinin təqdimatında Vision Pro-dan istifadə edən istifadəçilər divanda təkbaşına oturmuş yalnız insanlar kimi görünürlər. O əlavə edib ki, insanların gələcəkləri həqiqətən də belə ola bilər. Lakin o bunun olmasını istəmir. Hal hazırda bu vəziyyət vaxtı ikən Apple şirkətinin ilk iPhone modelini təqdim edəndən sonra bazarın keçmiş liderləri olmuş Nokia ilə BlackBerry tərəfindən onun necə tənqid edilməsinə bənzəyir.