
Mark Zuckerberg\'dən İslamofoblara qarşı məntiqli açıqlama.
Elm & Texnologiya
07.05.2017
Farid
Parisdə baş verən hadisələrdən sonra islam dininə qarşı yönələn pis fikirləri aradan qaldırmaq məqsədilə Mark dünən verdiyi önəmli açıqlamada müsəlmənların diqqətini cəlb edib.
Son günlər terror hadisələrin artması və İŞİD-in öz çirkin əməllərində İslam dinini alət etməsi bütün dünyanın İslam dinindən qorxmasına və bu dinə olan baxışların pisləşməsinə səbəb olub. Bir yəhudi olaraq bütün bunların İslamla əlaqəsi olmadığını düşünən və müsəlmanları müdafiə edəcək açıqlama Facebook-un qurucusu Mark Zuckerbergdən gəldi. Açıqlamasında Mark qeyd edir:
Cəmiyyətdəki və bütün dünya miqyasında olan bütün müəlmanları dəstəklədiyimi bildirmək istəyirəm. Paris terrorundan sonra diqqətin müsəlmanlara yönəlməsi və onların günahkar hesab edilməsi məni narahat edir. Bir yəhudi olaraq ailəm, mənə topluluqlar arasında yaşanan çaxnaşmalara qarşı ayağa qalxmağımı öyrətdi. Bu hücumlar sizə qarşı olmasa belə, bir gün mütləq hərkəsə ziyan verəcək. Əgər müsəlmansınızsa, facebook rəhbəri olaraq sizi hər zaman burada gözlədiyimi, sizin üçün hər zaman sakit və güvənli bir mühit yaratmaq üçün daima mübarizə aparacağımı bilmənizi istəyirəm. Bir uşağa sahib olmağım mənə çox ümid verdi, lakin nifrətin bu qədər tez sizi ruhdan salmasına icazə verilməməlidi. Ümidimizi itirməməliyik. Uzun müddət birlikdə olub biribirimizə yaxşı davrana bilsək, insanlıq çox yaxşı bir dünya inşa edə bilər.
Paylaş
Bənzər xəbərlər