
Mark Zükerberq Oculus Rift-in tamamilə yeni modelini təqdim edib
Elm & Texnologiya
07.05.2017
Farid
Oculus Connect 3 tədbirində Mark Zükerberq (Mark Zuckerberg) Oculus VR virtual reallıq cihazı komandasının istifadəçilər üçün nə hazırladığını bildirib.
Qeyd edək ki, hal-hazırda Oculus
Rift texnologiyası "Facebook”a
məxsusdur. "Oculus” şirkəti, özü çalışa bilən virtual reallıq cihazı üzərində
çalışır. Yəni yeni cihazın çalışması üçün kompüterə və ya smartfona ehtiyacı
olmayacaq. Hələki cihazın istehsalı ilkin mərhələdədir. Buna görədə tədbir çərçivəsində
onun prototipinin yalnız qısa bir videosu təqdim olundu. "Technote.az”ın
"Engaged.com”a istinadən verdiyi xəbərə əsasən xarici görünüşcə yeni cihaz
Oculus Rift-ə bənzəsə də, rahat olmayan naqillərdən ibarət deyil. Naqillərin
yerinə cihazın arxa hissəsində hesablayıcı panel yerləşir. Zükerberq qeyd edib
ki, hal-hazırda hazırlanma mərhələsində olan cihaz, portativ, rahat olmaqla
yanaşı həmçinin yüksək keyfiyyətli virtual reallıq təəssüratları bağışlayacaq.
Bundan əlavə olaraq o baha olmayacaq. Əla səslənsə də tam təfərrüatlar hələki
bilinmir. Hətta layihənin adı belə açıqlanmayıb.
Paylaş
Bənzər xəbərlər