
Mark Zükerberq süni zəkasının səsləndirilməsi üçün namizədlər axtarır
Elm & Texnologiya
07.05.2017
Farid
"Facebook”un CEO-su Mark Zükerberq öz səhifəsində bildirib ki, "ağıllı” evin idarəsi üçün nəzərdə tutulmuş süni zəkanı səslə təmin etməyin vaxtı gəlib çatıb.
"Jarvis”in səsləndirilməsi üçün
namizədlər sırasında artıq Robert Douney Jr, Benedikt Kamberbetç və Arnold
Şvartsenegger kimi aktyorlar yer alıb. Bir neçə müddət bundan öncə Mark, KİV-ə
(Kütləvi İnformasiya Vasitələri) hamımızın "Iron Man” filmindən tanıdığımız
Jarvis adlı süni zəkanın analoqu olan yeni səsli köməkçinin ("ağıllı” evin idarəsi
üçün süni zəka) hazırlanması barəsində məlumatlar vermişdir. Bu layihənin hansı
hazırlanma mərhələsində olduğunu söyləmək çətindir. "Technote.az”ın "Naked-science.ru”a
istinadən verdiyi xəbərə əsasən dünən Mark süni zəkanın səsləndirilməsi üçün
namizədlərin təklif olunmasını onu izləyən istifadəçilərdən xahiş etmişdir.
Mark-ın xahişinə bir çox təkliflər gəlmişdir. Komment yazan istifadəçilərdən
biri təklif etmişdi ki, bu işə aktyor Robert Douney Jr-ı və ya Benedikt
Kamberbetç-i cəlb etmək olar.
Mark-ın reaksiya verdiyi digər təkliflər
arasında həmçinin Arnold Şvartsenegger və
"Game of Thrones” serialından tanıdığımız Hodor personajı da var idi. Bir qədər
sonra söhbətə Robert Douney Jr özü qoşuldu. O bildirdi ki, yeni "Jarvis”in səsləndirilməsinə
tamamilə hazırdır. Baxmayaraq ki, filmdə bunu aktyor Pol Bettani etmişdir. Nəzərinizə
çatdıraq ki, bir neçə müddət bundan öncə Romada yerləşən Luiss Universitetinin tələbələri
ilə görüş zamanı Mark bu layihə barəsində məlumatları paylaşmışdı. O qeyd
etmişdi ki, evin idarəsi üçün nəzərdə tutulmuş süni zəka layihəsi ilə boş
zamanlarında məşğul olur. O bildirdi ki, süni zəka artıq insanların üzlərini və
səslərini tanıya, bütün məişət əşyalarını, parametrləri (işıq, temperatur,
musiqi səsi və s.) idarə edə və tost hazırlaya bilir.
Paylaş
Bənzər xəbərlər