Marsda həyatın olmasına daha bir ümid: Marsda maye şəklində su aşkar edildi
Elm & Texnologiya
26.07.2018
Farid Pardashunas
Bir neçə alimdən ibarət qrup Mars planetinin səthində maye şəklində
suyun tapılması barəsində xəbər verib. Belə ki, alimlər planetin cənub hissəsində
buzlaqların altında böyük göl aşkar ediblər. Qeyd etmək lazımdır ki, Marsda
suyun tapılması mövzusu alimlər üçün ən vacib məsələlərdən birinə çevrilib. Belə
ki, suyun tapılması planetin səthində potensial həyat mühitinin olması və gələcəkdə
Marsın insanların kolonizasiyası üçün münbit şərait təqdim etməsinə sübut ola bilər.
Mars səthinin tədqiqatı üçün Mars Express peykinin MARSIS adlı radiolokasiya
cihazından istifadə edilib. Planetin tədqiqatına 3 il vaxt sərf olunub. Bu müddət
ərzində alimlər planetin cənub qütbünün müəyyən hissəsinin fotolarını çəkir və
radarların məlumatlarını analiz edirdilər. Bu tədqiqatların nəticəsində alimlər
xəbər veriblər ki, onlar planetin səthindən 1.5 km dərinlikdə maye şəklində
böyük göl aşkar ediblər. Təqribi hesablamalara görə aşkar edilmiş gölün
diametri 20 km, dərinliyi isə bir neçə santimetrdir.
Aşağı temperatur göstəricilərinə
baxmayaraq həmin göl donmuş vəziyyətdə deyil. Belə ki, həmin ərazidə böyük təzyiq
var və ya gölün özü planet torpağı ilə qarışıb. İndi isə alimlər öz
tapıntılarını təsdiqləməlidirlər. Bunun üçün InSight missiyası işə salınıb. Həmin
missiya çərçivəsində Marsa xüsusi aparat göndərilib. Sözügedən aparat torpağı
qazaraq temperaturu ölçəcək. Bu isə öz növbəsində suyun bu cür dərinlikdə maye
şəklində qalıb-qalmamasını müəyyən etməyə yardımçı olacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)