Marsdan çəkilən bu görüntü tarixə düşdü
Elm & Texnologiya
06.08.2026
Sevinj
NASA-nın Perseverance roveri tarixə düşən yeni bir görüntü əldə edib. Marsın Jezero kraterinin kənarında fəaliyyət göstərən rover ilk dəfə olaraq Yerin Marsın təbii peyki Phobos-un arxasında itib yenidən görünməsini qeydə alıb. Bu hadisə 2 iyul tarixində baş verib. Perseverance-in Mastcam-Z kamerası cəmi 40 saniyə ərzində çəkilmiş ardıcıl fotolar vasitəsilə Yerin səmada kiçik parlaq nöqtə kimi hərəkət etdiyini, daha sonra isə Phobosun arxasında tamamilə yoxa çıxdığını göstərib.
İlk baxışdan adi bir neçə piksel kimi görünən bu görüntü əslində böyük elmi əhəmiyyət daşıyır. Bu, bəşər tarixində ilk dəfədir ki, Yer başqa bir planetin səthindən baxıldıqda başqa bir göy cisminin arxasında itib görünür. Astronomiyada bu hadisə "okkultasiya" (occultation) adlanır. Okkultasiya zamanı müşahidəçiyə daha böyük görünən göy cismi arxadakı obyekti tamamilə örtür. Bu, tutulmadan fərqlənir. Çünki tutulmada obyekt kölgəyə düşür və ya qismən örtülür, okkultasiyada isə tamamilə görünməz olur.
Tarixi müşahidə Perseverance roverinin Mastcam-Z alətinin həmtədqiqatçısı Mark Lemmon tərəfindən planlaşdırılıb. Onun sözlərinə görə, Phobos Marsın səmasında hər gün üç dəfə hərəkət etsə və Yer aylarla görünən vəziyyətdə olsa da, hər iki cismin tam eyni xətt üzərində üst-üstə düşməsi əvvəlcədən dəqiq hesablamalar və bir qədər şans tələb edir.
Paylaş
