main-post-cover

    Martın 30-u STEP IT Academy-də Golden Byte beynəlxalq yarışmasının ilk regional yarımfinal turu keçirildi

    Elm & Texnologiya
    04.04.2018
    Farid Pardashunas
        Martın 30-u STEP IT Academy-də Golden Byte beynəlxalq yarışmasının ilk regional yarımfinal turu keçirildi. Qeyd edək ki bu çempionat Azərbaycanda ikinci dəfədir keçirilir.
    “Golde Byte” beynəlxalq İT yarışması yeni istedadlar və idayalar üçün yaradılmış strartap sənaye platformasıdır. Müsabiqənin əsas məqsədi gənc mütəxəssislərə öz ideya və biznes layihələrini reallaşdırmaq, investor və vençur fondlarına yeni və güclü layihələr axtarışında yardımçı olmaqdır. “Golde Byte” gənc İT mütəxəssislərinə sözügedən sahənin peşəkarlarından faydalaı məsləhətlər almaq, yeni əlaqələr qurmaq və ən əsası öz layiələrinə investisiya cəlb etmək üçün alternativ platformadır.
        Akademiyanın ictimai əlaqələr şöbəsindən verilən məlumata görə ümumilikdə 1095 iştirakçı qeydə alınmışdır, onlardan yarımfinal mərhələsinə 46 nəfər finala qədər isə 25 layihə yüksəldi.
        Ümumilikdə 7 nominasiya üzrə layihələr təqdim olunmuşdu: Start Up Сhallenge, Web Project, Game Design, Character Design, Mobile Development, Short Movie. Müsabiqənin əsas mövzusu isə была «Create the new World» («Yeni dünya yaradaq») idi.
        10-17 yaşlı məktəblilər arasında keçiriləcək “Junior Competition” nominasiyası üzrə ikinci yarımfinal mərhələsi STEP IT Academy-də Aprel ayının 6-sı keçiriləcək. Qeyd edək ki “Golde Byte” InterSystems, Intel, Dell, Microsoft, Wolf, Logitech, Stearling Studio və digər aparıcı şirkətlər tərəfindən dəstəklənir. Müsabiqənin təşiklatçısı isə STEP IT Academy-dir.

    Linki kopyala