
"MasterCard", barmaq izi skanına sahib bank kartı yaratdı
Elm & Texnologiya
07.05.2017
Farid
Məşhur ödəniş sistemi olan "MasterCard”, yeni bank kartı yaradıb.
Yaradılmış
yeni bank kartının əsas özəlliyi isə ondan ibarətdir ki, həmin kart ilə edilmiş
əməliyyatlar, barmaq izi ilə təsdiq olunur. Barmaq izi skanına sahib bank kartı
hələki test rejimində CAR-da (Cənubi Afrika Respublikası) çalışır. Lakin 1 il ərzində
bütün dünyada aktiv olacaq. Artıq istənilən yerdə bank kartı ilə alış-veriş edərkən
xüsusi pin-kodu daxil etməyə ehtiyac yoxdur. Sadəcə olaraq baş barmağı, kartın əsas
hissəsində yerləşən kiçik barmaq izi skanına toxundurmaq kifayət edəcək. Mühəndislərin
fikrincə identifikasiyanın bu cür üsulu, mütəmadi baş verən fırıldaqçılıq hadisələrinin
qarşısını alacaq. Müştərinin barmaq izi, bankdan kartı alan zaman, həmin kartda
yerləşən xüsusi çipə yazılır. Bununla da alış-veriş edərkən əməliyyatın təsdiqlənməsi
həmin anda baş verir. Beləliklə əvvəlki üsullardakı kimi bankdan təsdiqləməni
gözləməyə ehtiyac qalmır. Bir bank kartına iki barmaq izi yazmaq olar. Lakin hər
iki barmaq izi, kart sahibinə məxsus olmalıdır. Barmaq izi skanına sahib bank
kartı hələki Cənubi Afrikada test rejimində çalışır. Önümüzdəki bir neçə ay ərzində
şirkət bu kartları Avropada və Asiyada, 1 il ərzində isə bütün dünyada aktivləşdirməyi
planlaşdırır.
Paylaş
Bənzər xəbərlər