
Maynerlər bütün bitcoinlərin 80%-ni tapıblar. Bütün bitcoinlərin tapılması nə qədər vaxt alacaq?
Elm & Texnologiya
16.01.2018
Maynerlərin bütün səylərinə baxmayaraq onlar kriptovalyutanın proqram kodunun imkan verdiyindən daha artıq bitcoin əldə edə bilməyəcəklər.
Bu maksimum göstərici isə 21
milyon bitcoindir. Keçən həftə isə bitcoin daha vacib göstəricini əldə edib.
Belə ki, ümumi bitcoin sayının 80%-i (16.8 milyon bitcoin) artıq əldə edilib. Növbədə
isə 20%-in əldə edilməsidir. Lakin yerdə qalmış 20% bitcoinin əldə edilmıəsi
heç də yaxın müddətdə baş verməyəcək. Belə ki, bitcoinin əldə olunması sürəti
və çətinliyi qeyri-xəttidir. Daha çox bitcoin tapılanda, blockchainə daha çox
blok əlavə etmək lazım gəlir və nəticədə növbəti blok üzərində çalışmaq daha da
qəlizləşir
Bu cür qeyri-xəttiliyə görə proqnozlara əsasən yerdə qalan 20%
bitcoin 2140-cı ilə kimi tapılacaq. Kriptovalyutanın tapılmasının qəlizliyinin
artması ilə mükafatlandırılması da azalır. Bitcoinin alqoritmində təyin olunub
ki, blockchainə əlavə olunmuş hər bir 210 blok tranzaksiyalardan sonra mükafatlandırma
2 dəfə aşağı düşür. Əgər 2009-cu ildə mayninqin start verilməsi zamanı bir
blokun emalı nəticəsində maynerlər 50 bitcoin əldə edirdilərsə, indi 12.5
bitcoin əldə edirlər. Növbəti ikiqat azalma 2020-ci ildə gözlənilir.
Bitcoinin
sayının məhdud olmasının tərəfdarları və düşmənləri var. Tərəfdarların fikrincə
bu cür özəllik ənənəvi valyutalar üzərində üstünlükdür. Emissiya məhdudlaşmış,
inflyasiya mümkün deyil, bitcoin sahibləri kasıblamayacaqlar. Düşmənlərin
fikrincə isə sonuncu bitcoinin mayninqindən sonra bütün sistem dağılmağa
başlayacaq. Sistemi ayaqda tutmaq üçün isə tranzaksiya komissiyasını qaldırmaq
lazım gələcək. Sonuncu bitcoinin tapılmasına kimi 1 əsrdən çox bir vaxtın
qaldığı zamanda tərəfdarlarla düşmənlərin fikirlərini təsdiq etmək çətin məsələdir.
Həmin vaxta kimi çiplər enerji sərfiyyatı baxımından daha effektiv olacaq və
kriptovalyuta tapılması daha sərfəli ola bilər. İndidən hansısa proqnozları
qurmaq bir qədər mənasızdır. Bugünki fakt isə artıq tapılmış 16.8 milyon
bitcoindədir.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...