main-post-cover

    Məcburi köçkünlərin göz müayinəsi Azercell-in Mobil Göz Klinikası öz fəaliyyətini davam etdirir

    Elm & Texnologiya
    24.04.2018
    Farid Pardashunas
        Azercell Telekom MMC-nin Mobil Göz Klinikası 2018-ci ilin ilk 3 ayı ərzində fəaliyyətini uğurla davam etdirib, müxtəlif göz xəstəliklərindən əziyyət çəkən insanlara xidmət göstərib. Yeni ilin ilk ayında klinikanın həkimləri Nizami rayonunda məskunlaşan məcburi köçkünlər, İsmayıllı rayonu Hüquq dünyası humanitar ictimai birliyində ehtiyacı olan, eləcə də Abşeron rayonu Zəngilan şəhərciyi 33 saylı tam orta məktəbdə təhsil alan şagirdlər üçün müayinələr təşkil ediblər. Fevral ayında klinikanın həkimləri Kürdəmir rayonu UAFA təşkilatının əməkdaşlarını, Sabunçu rayonu Rus icmasının üzvlərini və Qaraçuxur qəsəbəsində məskunlaşan qaçqınları müayinəyə cəlb ediblər. Mart ayında Xırdalan şəhəri 1 saylı yataqxanada, Lökbatan qəsəbəsində və Bərdə rayonunda məskunlaşan məcburi köçkünlər bu layihədən pulsuz yararlanıblar. Ümumilikdə bu ilin ilk 3 ayı ərzində 400-ə yaxın ehtiyacı olan xəstəyə pulsuz göz müayinəsi xidməti göstərilib
        Xatırladaq ki, layihə çərçivəsində bütün müayinə və müalicə tədbirləri Azercell-in dəstəyi ilə “Xəzər Qayğıkeşlik Layihəsi" İctimai Birliyi tərəfindən həyata keçirilir. Fəaliyyət göstərdiyi 5 il ərzində layihə çərçivəsində klinika artıq Bakı şəhərindəki bir çox internat məktəblərinə, uşaq evlərinə səfər edib. Eyni zamanda klinikanın həkimləri Bakı ilə yanaşı, ölkənin bir çox bölgələrində müalicəyə ehtiyacı olan insanlara xidmət göstəriblər.

    Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz
         Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial mediada müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən Global Wireless Solutions şirkəti, eləcə də “Opensignal” və “Testmy.net” kimi simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər