main-post-cover

    MediaTek 5G dəstəkli Dimensity 1000 prosessorunu təqdim etdi

    Elm & Texnologiya
    26.11.2019
    Nijat Hamid
            MediaTek şirkəti uzun illərdir ki, QualcommExynos ilə rəqabət aparır. Lakin son illərdə şirkətin prosessorları və arxitekturası digərlərindən zəif olduğu üçün telefon markaları tərəfindən çox da seçilən bir şirkət olmurdu. Lakin artıq şirkət təkrar rəqabətə qatılır. MediaTek şirkəti 5G dəstəkli flaqman cihazlarda istifadə ediləbiləcək Dimensity 1000 prosessorunu təqdim etdi. 

    Dimensity 1000 prosessoru 5G şəbəkəsini dəstəkləri və 7 nm istehsal arxitekturasında hazırlanıb.

             2020-dən etibarən mobil cihazlarda istifadə olunacaq Dimensity 1000 prosessoru 16 GB Ram-a qədər dəstək verə bilir və 4+4 şəklində 8 nüvəyə malikdir. Standart tezliyi 2.6 ghz olan 4 ədəd Cortex A77 və 4 ədəd Cortex A55-dən hazırlanan mobil prosessor Mali-G77 qrafik çipindən güc alır. Qeyd edək ki, Dimensity 1000 prosessoru təkcə 6 Ghz-lik 5G zolağını dəstəkləyir. Lakin Amerika mmWave adı verilən yüksək tezlikli şəbəkə sistemi qurduğu üçün Dimensity 1000 çipseti istənilən performansı verməyə bilər. Həmçinin Koreya və Yaponiyada da istifadə edilməyəcək. 
            Digər tərəfdən edilən 5G sürət testlərində bu prosessor maksimum 4.7 Gbps sürətə çata bilib. Yəni indiki halda ən yüksək sürəti verə bilən 5G çipi Dimensity 1000-dir. Tək bununla yetinməyən şirkət bu çipə ən yeni Wi-Fi 6 texnologiyasını, Bluetooth 5.1+Dual 5G dəstəyini də əlavə edib. Mövcud halda ən təkminləşmiş mobil 5G çipi ünvanına malikdir. Dimensity 1000 çipseti həmçinin 80 Mp kamera dəstəyinə və 5 nüvəli şəkil emalı çipinə də malikdir. Həmçinin bu çip 24 FPS video çəkimlərini, FullHD ekran ayarlarında 120 Hz tezliyi, 2K ekranlarda isə 90 Hz tezliyi dəstəkləyə bilir. Amma çipsetin ən mükəmməl özəlliyi isə Google tərəfindən dəstəklənən AV1 video formatında 4K 60 FPS video aça bilməsidir. İlk dəfə mobil prosessorlar arasında bu özəlliyə malik bir çipset istehsal edilir. 
    Linki kopyala