Logo
    main-post-cover

    MediaTek-dən sürətli enerji yığma texnologiyası

    Tayvan şirkəti MediaTek yeni sürətli enerji yığma texnologiyası Pump Express 3.0-u təqdim edib. Şirkət yeni texnologiyanı smartfonlar üçün nəzərdə tutulmuş ən sürətli enerji yığma texnologiyası kimi qələmə verib. MediaTek-in verdiyi məlumata əsasən Pump Express 3 texnologiyası vasitəsilə smartfon enerjini 0-dan 70%-ə kimi 20 dəqiqə ərzində yığır. Hər-halda MediaTek-in yeni texnologiyası Qualcomm-un üsulundan daha effektivdir. Qarşılaşdırmaq üçün qeyd edək ki, QuickCharge 3.0 texnologiyası LG G5 smartfonunun enerjisini 80%-dək 35 dəqiqə ərzində yığır. Bundan əlavə olaraq Pump Express 3.0 USB Type-C girişini dəstəkləyən ilk sürətli enerji yığma texnologiyasıdır. Bu isə o deməkdir ki, o toku bilavasitə adapterdən batareyaya ötürür. Beləliklə smartfon qızmır. Pump Express 3.0 texnologiyası ilk olaraq Hello P20 prosessorunda dəstəklənəcək. Yeni texnologiyanın satışı isə bu ilin sonuna kimi planlaşdırılır.

    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    MediaTek-dən sürətli enerji yığma texnologiyası | Technote