main-post-cover

    MediaTek Dimensity 2000 prosessoru AnTuTu testində mobil prosessorlar arasında rekord nəticə yığıb

    Elm & Texnologiya
    12.11.2021
    Farid Pardashunas
        Ice Universe ləqəbli məşhur insayder MediaTek şirkətinin yaxın zamanda təqdim olunacaq Dimensity 2000 flaqman prosessorunun AnTuTu test nəticəsini təqdim edib. İlkin məlumatlara əsasən sözügedən prosessor Snapdragon 888-dən 25% daha performanslı olacaq. İnsayder tərəfindən təqdim edilmiş fotoya əsasən MediaTek Dimensity 2000 modeli mobil prosessorlar arasında rekord göstərici əldə edib. Belə ki, bu prosessor AnTuTu bençmark testində 1.002.220 xal toplayıb. Müqayisə üçün qeyd etmək lazımdır ki, Snapdragon 888 prosessoru AnTuTu testində maksimum 860.000 xal toplaya bilir.
        Lakin bir çox hallarda Snapdragon 888-in sərgilədiyi nəticə 770.000 xal ilə 810.000 xal arasında dəyişir. MediaTek şirkəti öz yeni flaqman prosessorunu yaxın zamanda təqdim etməlidir. Məlumata əsasən 4 nanometrlik Dimensity 2000 prosessoru 3,0 GHz tezlikdə çalışan 1 ədəd Cortex-X2 super nüvəsini, 2.85 GHz tezlikdə çalışan 3 ədəd yüksək performanslı nüvəni və 1.8 GHz tezlikdə çalışan 4 ədəd enerji effektivliyi nüvəsini əldə edəcək. Yeni flaqman prosessorda qrafik özəlliklərdən Mali-G710 MC10 çipi cavabdeh olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər