Logo
    main-post-cover

    MediaTek Dimensity 8050 adlı orta səviyyəli prosessor təqdim edilib

        MediaTek şirkəti Dimensity 8050 adlı yeni orta səviyyəli prosessorunu təqdim edib. Faktiki olaraq bu yeni prosessor daha öncə təqdim edilmiş Dimensity 1200 Dimensity 1300-dən heç də fərqlənmir. Yeni Dimensity 8050 prosessoru TSMC şirkətinin 6 nanometrlik texnoloji prosesi əsasında hazırlanıb və özündə 5G modemi birləşdirir. Prosessor standart arxitekturaya sahibdir. Yəni o özündə 4 ədəd Cortex-A78 nüvəsini və 4 ədəd Cortex-A55 nüvəsini birləşdirir.
        Cortex-A78 nüvələrindən biri 3 GHz tezlikdə, digərləri isə 2.6 GHz tezlikdə çalışırlar. Cortex-A55 nüvələrinə gəldikdə isə onların hamısı 2 GHz tezlikdə çalışırlar. Dimensity 8050 prosessoru LPDDR4 standartlı 16 GB-a kimi olan RAM yaddaşlarını və UFS 3.1 standartlı daxili yaddaş həcmlərini dəstəkləyir. Prosessorda qrafik imkanlardan Mali-G77 qrafik çipi cavabdehdir. Bundan əlavə olaraq yeni prosessor 168 Hz-ə kimi olan təsvir yenilənməsinə sahib Full HD+ ekranları və 200 MP-lik kameraları dəstəkləyir. Sözügedən prosessoru ilk əldə etmiş smartfon Tecno Camon Premier 20 oldu.
    Paylaş
    Bənzər xəbərlər