main-post-cover

    MediaTek Dimensity 8300 adlı subflaqman prosessor üzərində çalışır

    Elm & Texnologiya
    05.06.2023
    Farid Pardashunas
        Bu ilin yaz fəslində Qualcomm şirkəti Snapdragon 7+ Gen 2 prosessorunu təqdim etmişdi. Faktiki olaraq bu prosessor Snapdragon 8+ Gen 1 prosessorunun bir qədər sadələşdirilmiş analoqudur. Nəticədə Snapdragon 7+ Gen 2 çox uğurlu oldu və bununla da istifadəçilər arasında Snapdragon 7 seriyasının növbəti inkişaf mərhələsi barəsində səhv fikirlər formalaşdırdı. Belə ki, bir çoxlarının fikirlərinə əsasən Snapdragon 7 seriyasının növbəti modeli daha güclü olacaq.
        İnsayderlər isə son zamanlarda bildirirlər ki, bu seriyanın növbəti prosessoru Snapdragon 7+ Gen 2-dən daha zəif olacaq. Görünür, istifadəçilərin tələblərini MediaTek şirkəti qarşılamaq qərarına gəlib. Belə ki, ortaya çıxmış yeni məlumata əsasən MediaTek Dimensity 8300 adlı yeni subflaqman prosessor üzərində çalışır və o, şirkətin flaqman prosessorunun sahib olduğu nüvələri əldə edəcək. Söhbət, Dimensity 9000+ prosessorundan deyil, Snapdragon 8 Gen 2 ilə rəqabət aparan Dimensity 9200 flaqman prosessorunun nüvələrindən gedir.
        Beləliklə ortaya çıxmış məlumatda qeyd edilib ki, Dimensity 8300 adlı yeni subflaqman prosessor 2.8 GHz tezlikdə çalışan 1 ədəd Cortex-X3 nüvəsi, 2.4 GHz tezlikdə çalışan 3 ədəd Cortex-A715 nüvəsi və 1.6 GHz tezlikdə çalışan 4 ədəd Cortex-A510 nüvəsi ilə təchiz olunacaq. Prosessorda qrafik imkanlardan isə Mali G520 MC6 çipi cavabdeh olacaq. Gözləntilərə əsasən Dimensity 8300 prosessoru Snapdragon 7+ Gen 2-dən qat-qat güclü olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər