Logo
    main-post-cover

    MediaTek Dimensity 9200+ prosessoru Snapdragon 8 Gen 2-dən daha sürətli olacaq

        Ice Universe ləqəbli məşhur insayderin təqdim etmiş olduğu screenshot fotoya əsasən MediaTek-in hələ təqdim edilməmiş Dimensity 9200+ prosessoru AnTuTu bençmarkının testində 1.36 milyon xal toplayıb. Müqayisə üçün qeyd etmək lazımdır ki, Snapdragon 8 Gen 2 prosessoru AnTuTu bençmarkının testi çərçisində 1.3 milyon xal toplaya bilir. Son məlumatlara əsasən Dimensity 9200+ prosessoru Dimensity 9200-ün sürətləndirilmiş versiyası olacaq.
        Yeni prosessorun nüvələrinin hansı tezliklərdə çalışacaqları məlum deyil. Qeyd etmək lazımdır ki, Dimensity 9200 prosessoru özündə 3 GHz tezlikdə çalışan 1 ədəd Cortex-X2 nüvəsini, 2.85 GHz tezlikdə çalışan 3 ədəd Cortex-A710 nüvəsini və 1.8 GHz tezlikdə çalışan 4 ədəd Cortex-A510 nüvəsini birləşdirir. Gözləntilərə əsasən MediaTek Dimensity 9200+ prosessorunu ilk əldə edəcək smartfon iQOO Neo 8 Pro olacaq. Prosessorun gələn ay və ya iyun ayında təqdim ediləcəyi gözlənilir.
    Paylaş
    Bənzər xəbərlər