Logo
    main-post-cover

    MediaTek Dimensity 9200+ prosessorunun təqdimatı anons edilib

        MediaTek şirkəti Dimensity seriyasına daxil olacaq yeni flaqman prosessorunun təqdimatını anons edib. Söhbət, Dimensity 9200+ prosessorundan gedir. Sözügedən yeni prosessor adi Dimensity 9200 modelinin bir qədər yaxşılaşdırılmış versiyası olacaq. Şirkət tərəfindən təqdim edilmiş posterə əsasən Dimensity 9200+ prosessoru 10 may tarixində təqdim olunacaq.
        Dimensity 9200+ modelini adi Dimensity 9200-dən fərqləndirəcək özəllik ondan ibarət olacaq ki, yeni prosessorun Cortex-X2 adlı əsas nüvəsinin çalışma tezliyi 3.35 GHz təşkil edəcək. Dimensity 9200 prosessorunda Cortex-X2 nüvəsinin maksimal çalışma tezliyi 3.05 GHz təşkil edir. BUndan əlavə olaraq Dimensity 9200+ prosessoru 3 GHz tezlikdə çalışan 3 ədəd Cortex-A715 nüvəsini və 2 GHz tezlikdə çalışan 4 ədəd Cortex-A510 nüvəsini əldə etməlidir.
    Paylaş
    Bənzər xəbərlər