
MediaTek Dimensity 9300 flaqman mobil prosessoru barəsində ilk məlumatlar verilib
Elm & Texnologiya
15.05.2023
Emil
Keçən həftə MediaTek şirkəti Dimensity 9200+ prosessorunu təqdim etmişdi. Sözügedən prosessor hal hazırda Android smartfonlar bazarında Snapdragon 8 Gen 2-ni də geridə qoyaraq ən güclü mobil prosessor hesab edilir. Qualcomm ilin sonuna yaxın təqdim edəcəyi Snapdragon 8 Gen 3 prosessoru ilə irəli keçə bilər. Lakin bu məsələdə də bəzi şübhələr var. Belə ki, MediaTek-in Dimensity 9300 adlı yeni flaqman mobil prosessoru barəsində məlumatlar verilib.
Digital Chat Station ləqəbli məşhur insayderin vermiş olduğu məlumata əsasən Dimensity 9300 prosessoru özündə 4 ədəd Cortex-X4 nüvəsini birləşdirəcək. Bununla yanaşı prosessor yüksək performanslı Cortex-A7xx nüvələrinə sahib olacaq. Lakin verilmiş məlumatın diqqət çəkən tərəfi ondadır ki, Dimensity 9300-də Cortex-A5xx enerji effektivliyi nüvələri ümumiyyətlə olmayacaq. Bu isə öz növbəsində prosessorun tez və daha çox qızmasına səbəb ola bilər.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
