Logo
    main-post-cover

    MediaTek Dimensity 9300 flaqman prosessoru ARM-in yeni nüvələrini əldə edəcək

        Görünür, MediaTek şirkətinin bu il təqdim edəcəyi Dimensity 9300 prosessoru sözün əsl mənasında güclü olacaq. O hətta Snapdragon 8 Gen 3-ü də geridə qoya bilər. Belə ki, MediaTek artıq təsdiqləyib ki, Dimensity 9300 prosessorunda ARM şirkətinin yenicə təqdim etmiş olduğu Cortex-X4 nüvələrindən istifadə ediləcək. Bununla yanaşı şirkətin yeni prosessoruna Cortex-A720 nüvələri ilə Immortalis-G720 GPU-su daxil olacaq. Bununla belə şirkət Dimensity 9300-də Cortex-520 nüvələrinin olub-olmayacağı barəsində məlumat verməyib. Beləliklə 4 ədəd Cortex-X4 nüvəsi ilə 4 ədəd Cortex-A720 nüvəsi sayəsində Dimensity 9300 prosessoru diqqət çəkəcək dərəcədə performans sərgiləyə bilər.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    MediaTek Dimensity 9300 flaqman prosessoru ARM-in yeni nüvələrini əldə edəcək | Technote