
MediaTek Dimensity 9300 flaqman prosessoru bençmark testində Snapdragon 8 Gen 2-ni geridə qoyub
Elm & Texnologiya
05.06.2023
Emil
Bu ilin payız fəslində yeni flaqman mobil prosessorunu təqdim edəcək istehsalçılardan biri də MediaTek olacaq. Bu şirkət payız fəslində Dimensity 9300 prosessorunu təqdim etməlidir. Artıq son zamanlarda ortaya çıxmış məlumatlara əsasən Dimensity 9300 prosessoru olduqca güclü olacaq və hətta Snapdragon 8 Gen 3-ü də geridə qoymaq potensialına sahib olacaq. Digital Chat Station ləqəbli məşhur insayderin sözlərinə əsasən
MediaTek-in sözügedən yeni prosessoru GFXBench Aztec Ruins bençmarkında testdən keçib və test çərçivəsində 1440p görüntü keyfiyyətində ortalama saniyədə 90 kadr sürətini təqdim edib. Müqayisə üçün qeyd etmək lazımdır ki, Snapdragon 8 Gen 2 prosessoru eyni test çərçivəsində yalnız saniyədə 68 kadr sürətini, Apple A16 prosessoru isə saniyədə 53 kadr sürətini təqdim edir. Maraqlısı ondadır ki, GFXBench Aztec Ruins bençmarkından Dimensity 9300-ün test versiyası keçib. Nəticədə prosessorun müxtəlif ayarlanmalara və optimizasiyaya məruz qalacaq final versiyası daha yüksək göstərici sərgiləyə bilər.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
