MediaTek Dimensity 9300 flaqman prosessoru ciddi problemlə qarşılaşıb

MediaTek Dimensity 9300 flaqman prosessoru ciddi problemlə qarşılaşıb

Texnologiya
12.09.2023 PAYLAŞIM

    MediaTek şirkətinin yaxın zamanda təqdim edəcəyi Dimensity 9300 prosessoru bazarda ən güclü mobil prosessorlardan biri olmalıdır. Lakin internetdə sözügedən prosessorun ciddi problemi barəsində məlumat ortaya çıxıb. Belə ki insayderlərin sözlərinə əsasən bu prosessorun əsas üstünlüyü onun əsas probleminə çevrilib. Məlumatda qeyd edilib ki, Dimensity 9300-ün mühəndis nümunələri ştat tezliklərdə çalışma çərçivəsində yüksək qızmaya məruz qalıblar. Məlumata əsasən bunun əsas səbəbi prosessorun qeyri-standart konfiqurasiyaya sahib olmasındadır.

    Performanslı və enerji effektivliyi nüvələrinin kombinasiyası əvəzinə şirkət bu prosessorda 4 ədəd Cortex-X4 nüvəsi ilə 4 ədəd güclü Cortex-720 nüvəsinin kombinasiyasından istifadə edib. İnsayderlərin sözlərinə əsasən bu cür konfiqurasiyaya sahib 4 nanometrlik prosessor sözün əsl mənasında yüksək performans sərgiləyib. Lakin digər tərəfdən prosessor eyni zamanda yüksək qızmaya məruz qalır. Bəzi məlumatlara əsasən şirkət CPU-nun çalışma tezliyini aşağı salmaq məcburiyyətində qalacaq. Bu isə öz növbəsində prosessorun performans göstəricisinə təsir edəcək. Digər bir variant kimi bu problemi aradan qaldırmağın yolunu tapmaq üçün şirkət prosessoru müəyyən müddətlik təxirə də sala bilər.




DAHA ÇOX


Samsung Galaxy Tab A9+ planşetinin texniki göstəriciləri ortaya çıxıb

Samsung şirkətinin hələ təqdim edilməmiş Galaxy Tab A9 planşet seriyasına daxil olacaq Galaxy Tab A9..


Apple elektromobili yaxın gələcəkdə işıq üzü görməyə bilər

Hələ bir neçə müddət bundan öncəyə kimi internetdə ara-sıra Apple şirkətinin elektromobil layihəsi b..


ASUS ofis işləri üçün nəzərdə tutulmuş yeni monitorunu təqdim edib - QİYMƏTİ..

ASUS şirkəti ofis işləri üçün nəzərdə tutulmuş yeni monitorunu təqdim edib.


Xiaomi Black Shark Lucifer Earphones adlı yeni naqilsiz qulaqlıq təqdim edilib -..

Xiaomi şirkəti qlobal bazarda Black Shark S1 smart saatı ilə yanaşı həmçinin Black Shark Lucifer Ear..


Xiaomi qlobal bazarda Black Shark S1 adlı smart saatı təqdim edib - QİYMƏTİ..

Xiaomi şirkəti heç gözlənilmədən qlobal bazarda özünün Black Shark brendinin bir neçə yeni məhsulunu..


Acer 180 Hz-lik təsvir yenilənməsinə sahib yeni monitorunu təqdim edib - QİYMƏTİ..

Acer şirkəti özünün monitorlar seriyasını yeni model ilə genişləndirib.

×