
MediaTek Dimensity 9300 prosessoru bazarda ən sürətli RAM yaddaşını əldə edə bilər
Elm & Texnologiya
11.08.2023
Emil
SK Hynix şirkətinin verdiyi məlumata əsasən onun LPDDR5T adlı yeni RAM yaddaşı standartı MediaTek-in növbəti nəsil prosessorları ilə birgə smartfonlarda və planşetlərdə istifadə üçün sertifikatlaşdırmadan keçib. MediaTek-in verdiyi məlumata əsasən LPDDR5X standartlı RAM yaddaşlarından fərqli olaraq LPDDR5T standartlı RAM yaddaşları 13% daha sürətlə çalışacaqlar. Daha öncə güman edilirdi ki, bu cür nəticəni 2026-cı ildə əldə etmək mümkün olacaq.
SK Hynix şirkəti LPDDR5T standartlı RAM yaddaşı nümunələrini MediaTek-ə bu ilin fevral ayında təqdim etmişdi. Dimensity 9300 flaqman prosessorunun bu standartlı RAM yaddaşına sahib versiyasının test olunduğu rəsmi şəkildə təsdiqlənməyib. Şirkət sadəcə olaraq qeyd edib ki, LPDDR5T standartlı RAM yaddaşı MediaTek-in növbəti flaqman prosessorunda istifadə ediləcək. İnsayderlərin fikirlərinə əsasən söhbət, məhz Dimensity 9300-dən gedir. Qeyd etmək lazımdır ki, MediaTek Dimensity 9300 prosessorunun payız fəslində təqdim ediləcəyi gözlənilir.
Paylaş
Bənzər xəbərlər