
MediaTek Dimensity 9300 prosessoru daha öncə düşünüldüyü kimi performanslı olmaya bilər
Elm & Texnologiya
22.06.2023
Emil
MediaTek şirkəti bu ilin payız fəslində yeni flaqman prosessorunu təqdim etməlidir. Söhbət, Dimensity 9300-dən gedir. Bu prosessor barəsində daha öncə ortaya çıxmış məlumat sızıntılarında qeyd edilmişdi ki, o, diqqət çəkəcək dərəcədə performanslı olacaq və hətta bu mövzuda Snapdragon 8 Gen 3-ü də geridə qoya bilər. İnsayderlər bildirirdilər ki, bu, prosessorun unikal arxitekturaya sahib olması nəticəsində baş verəcək.
İndi isə insayderlər bildiriblər ki, hər şey heç də daha öncə düşünüldüyü kimi olmaya bilər. Onlar bildiriblər ki, Dimensity 9300-ün sahib olacağı 4 ədəd Cortex-X4 nüvəsindən 3-ü aşağı çalışma tezliyinə sahib olmaqla yanaşı özlərində həmçinin daha az həcmli L2 keşini birləşdirəcəklər. Belə ki, MediaTek şirkəti Arm tərəfindən təklif edilən Cortex-X4 konfiqurasiyaları arasında ən kiçiyini seçib. Nəticədə Dimensity 9300-ün performans göstəriciləri Snapdragon 8 Gen 3-ün performans göstəriciləri ilə eyni səviyyədə ola bilər.
Paylaş
Bənzər xəbərlər